Berinq boğazı

coğ. le détroit de Béring

beretli
Berinq dənizi
OBASTAN VİKİ
Berinq boğazı
Berinq boğazı (bering) — Çukot dənizi ilə Berinq dənizini bir-birinə bağlayır. Berinq boğazı, Asiyanın ən şərq nöqtəsi (169 ° 44 'W) ilə Amerikanın ən qərb nöqtəsi (168 ° 05' W) arasında bir boğazdır. Rusiya ilə ABŞ (Alyaska) arasında coğrafi bir sərhəd mövqeyində olması ilə birlikdə Amerika və Asiya qitələrinin bir-birinə ən yaxın olduğu yerdir. Boğaz təxminən 83 km genişliyində, 30–50 m dərinliyində olub şimalındakı Çukot dənizi (Şimal Buzlu okean) ilə cənubundakı Berinq dənizini (Sakit Okean) bir-birinə bağlayır. 1648-ci ildə Semyon Dejnev tərəfindən keçildiyi qəbul edilməsinə baxmayaraq, adını boğazı 1728-ci ildə keçən Rus əsilli Danimarkalı səyyah Vitus Berinqdən almışdır. Buzlaq dövründə boğazın bir quru körpü rolu oynadığı məlumdur. Bəzi elm adamları, bu çağlarda suların böyük hissəsinin buza çevrilərək dəniz səviyyəsini saldığına və daha çox quru parçasını göz önünə çıxardığına inanır; bəziləri də boğazın tamamilə donduğunu, beləliklə insanlarla heyvanların üzərindən keçməsinin mümkün olduğuna inanır. == Mənbə == PBS Video of St.
Berinq boğazı tuneli
Berinq boğazı tuneli - Avrasiyanı Şimali Amerika ilə birləşdirəcək tunel. Tunel Berinq boğazının dibindən keçərək ABŞ-ni Rusiya ilə birləşdirəcək. 22 avqust 2011 tarixində Rusiya tunelin inşasına dəstək verəcəyini bildirib. Nyu-Yorkdan başlayıb Asiya və Avropanı keçərək Londonda sona çatacaq bu nəqliyyat layihəsinin ümumi dəyərinin 60 milyard dollar olduğu bildirilir. 106 kilometr uzunluğunda tunelin inşası ilə qlobal nəqliyyatın yüzdə üçü buradan keçəcək və illik qazanc 7 milyard olacaq. Dünyanın ən uzun dəmir yolu xətti layihəsi olaraq təyin olunan tuneldən sərnişin və yük daşınması həyata keçiriləcək. Rusiyanın şimalındakı Böyük Diomed adasından ABŞ-nin Kiçik Diomed adası arasında tikiləcək tunelin çatışmayan cəhəti Alyaskada dəmir yol xəttinin olmamasıdır. Bu layihə 100 ildir ki, Rusiyanın gündəliyindədir. İlk dəfə 1905-ci ildə çar II Nikolay bu ideyanı irəli sürüb. I dünya müharibəsinin başlanması bu ideyanı həyata keçirməyə imkan verməyib.
Berinq
== Şəxslər ==
Berinq (dəqiqləşdirmə)
== Şəxslər ==
Berinq adası
Berinq adası — Komandor adalarının tərkibinə daxil olan ən iri ada. Kamçatka yarımadasından Kamçatka boğazı ilə ayrılır. Boğaz Sakit okeanı ilə Berinq dənizini birləşdirilir. İnzibati cəhətdən Rusiyanın Kamçatka diyarının Aleut rayonu ərazisinə daxildir. Adada Vitus Berinqin qəbri yerləşir. == Xüsusiyyətləri == Berinq adası bir necə on kilometrlərlə aralıda yerləşən Mednı adasından Admiral Kuzneçov boğazı ilə ayrılır. Adanın uzunluğu 90 km, eni 24 km təşkil edir. Komandor adalarına daxil olan digər adalar kimi Berinq adasıda sualtı silsilələrlə Alyaska yarımadasına qədər uzanır. == Əhalisi == Adada yegahə yaşayım məntəqəsi Nikolskoye kəndidir. 2005-ci il məlumatına görə adada 752 nəfər yaşayır.
Berinq burnu
Berinq burnu (çuk. Энмыльын, esk. Ынмылин) — Çukot yarımadası şərq sahillərində yerləşən, Berinq dənizinin suları yuyulan burun. İnzibati cəhətdən Çukot Muxtar Rayonunun Providenski rayonu ərazisinə daxildir. Anadır körfəzinin şimal-şərqində qərarlaşır. 402 metr hündürlüyə malikdir. 2,5 km aralıda isə Enmelen kəndi yerləşir. Çukca dilində çuk. Энмыльын — «Qayalı» mənasını verir. Burun ilk dəfə Fyodor Litkenin 1828-ci ildə təkil etdiyi dövrü aləm səyahəti zamanı kəşf edilmişdir.
Berinq dənizi
Berinq dənizi — Sakit okeanın şimalında və Avrasiyanın şimal şərqində yerləşən materik kənarı dənizdir. Sakit okeanından cənubda Aleut adaları və Komandor adaları ilə ayrılır. Şimalda Şahzadə Uels burnu və Müqəddəs Lourens adası yerləşir. Berinq boğazı bu dənizi Çukot dəniziylə və Şimal Buzlu okeanıyla birləşdirir. Berinq dənizi Rusiyanın və ABŞ-nin sahillərini yuyur. == Tədqiqatın tarixi == Dəniz – dəniz səyyahı Vitus Berinqin şərəfinə adlandırılmışdır. XVIII əsrin Rusiya xəritələrində dəniz Kamçatka və ya Qunduz dənizi adlanırdı. İlk dəfə Berinq dənizi adı XIX əsrin başlanğıcında fransız coğrafiyaçısı Ş. P. Flioren tərəfindən təklif edilmişdi, ancaq beynəlxalq aləmdə yalnız 1818-ci ildə rus dəniz səyyahı V. M. Qolovnin tərəfindən daxil edilmişdi. == Fiziki-coğrafi vəziyyət == Sahəsi 2,315 milyon kv. kilometrdir.
Berinq qarabatdağı
Berinq qarabatdağı (lat. Phalacrocorax pelagicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü.
Vitus Berinq
Vitus Berinq — Danimarkalı səyyah. Vitus Berinq, Rusiya Dəniz Donamasında xidmət etmişdir. Xidmət müddətində İvan İvanoviç adı ilə tanınırdı. Berinq, Alyaska ərazisinə ekspedisiya təşkil etmiş ilk səyyahlardan hesab olunur. Gəmilərlə səfər çıxan berinq, Alyaska yaxınlığında yerləşən adada vəfat etmişdir. Sonradan vəfat etdiyi ada Berinq adası adlandırılmışdır. ABŞ və Rusiyanı bir-birindən ayıran Berinq boğazı da səyyahın adına adlandırılmışdır. Berq L. S. Otkrıtie Kamçatki i gkspediüii Berinqa. 1725–1742. M.; L., 1946; İstoriçeskie pamətniki vtoroy Kamçatskoy gkspediüii.
Xelen Berinq
Xelen Berinq (d. 27 iyul 1964) — Niderlandı təmsil edən su poloçusu. Xelen Berinq, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Anders Berinq Breyvik
Anders Berinq Breyvik (norv. Anders Behring Breivik; 13 fevral 1979) — Norveçli ekstremist və terrorçu. 22 iyul 2011-ci ildə Norveçin paytaxtı Osloda bomba partlayışı və hakimiyyətdəki Əmək partiyasının Ütöya adasında təşkil etdiyi gənclər düşərgəsinin iştirakçılarına qarşı həyata keçirdiyi silahlı hücum nəticəsində 77 nəfəri öldürməkdə və 97 nəfəri yaralamaqda ittiham edilir. Cinayətləri etiraf etsə də, özünü təqsirkar kimi qəbul etmir. Xristianlığın lüteran cərəyanına etiqad edir.
Emil fon Berinq
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı == Həyatı == 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Bristol körfəzi (Berinq dənizi)
Bristol körfəzi (ing. Bristol Bay) — Berinq dənizində Alyaska yarımadasının cənub-qərbində yerləşir. Körfəz 320 km materikin daxilinə daxil olur. Ən enli yeri 480 km təşkil edir. Körfəzin dərinliyi 27–84 metrdir. Bu isə körfəzə yalnız balıqçı gəmiıərinin daxil olmasına imkan verir. Körfəzə Toqinak, Nuşaqan, Kviçak və Uqaşık çayları axır. Noyabrdan mart-aprel aylarına qədər üzəri buzla örtülü olur. Qabarma və çəkilmənin hündürlüyü 3,7 metr təşkil edir. Sularında çoxlu sayda balıqlar olur.
Emil Adolf fon Berinq
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı == Həyatı == 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Evrip boğazı
Evrip boğazı (yun. Εύριππος) — Egey dənizi akvatoriyasında yerləşən Evbeya adasını Beotiya bölgəsindən ayırır. Ən dar yerdə eni 38 m təşkil edir. Boğazın dar yerində küləklərin təsiri ilə qeyri-adı axınlar baş verir. Hər 7 saatdan bir axınların sürəti yavaşıyır. Qədim zamanlarda boğazın cənubunda Oront şəhəri vardı. Şimal hissədə isə Halkida adası vardır ki, Evbeya adasının inzibati mərkəzidir. Boğaz üzərində iki körpü var: biri asma körpü olaraq 215 m, digəri isə ən dar yerdə yerləşir.
Florida boğazı
Florida boğazı — Meksika körfəzi ilə Atlantik okeanı birləşdirir. Şimalda Florida yarımadası və Florida-Kis adalarını Kuba adasından ayırır. Uzunluğu 650 km, eni 150 km, orta dərinliyi isə 150 m təşkil edir. Boğaz ərazisindən Florida cərəyanı keçir. Boğaz ABŞ və Kuba arasında sərhəd təşkil edir.
Folklend boğazı
Folklend boğazı Folklend adaları arasında yerləşir. Qərbi Folklend adasını Şərqi Folklend adasından ayırır. Boğazı ilk dəfə 1690-cı ildə Jons Stroug adlandırmışdır. İspanlar isə adaya 1768-ci ildə San Karlos gəmisində ayaq basmış və buranı gəminin adına uyğun olaraq Estrecho de San Carlos adlandırdılar. Boğazın yerləşdiyi ərazi 400 milyon il bundan öncə meydana gəlməyə başlamışdır. Relyefin əmələ gəlməsi litosfer tavaların ayrılması və toqquşması nəticəsində formalaşmışdır. Boğazın uzunluğu 90 km , ən dar yeri isə 4,5 km təşkil edir. Boğazın daxilində bir sıra kiçik adalar mövcuddur: Qreyt, Paqqlz, Tissen, Svan Aylends və s.
Foresund boğazı
Foresund boğazı (isv. Fårösund) - İsveçə məxsus Qotland adasını Fore adasından ayırır. Uzunluğu 8 km, eni 1,5 – 4 km, dərinliyi şimal-qərbdə 3,3 m, cənub-qərbdə isə 6,5 m təşkil edir. Hələ 1712-ci ildə boğazın cənub-şərqində artilleriya batereyası yerləşdirir. 1721-ci ildə Niştads anlaşması imzalandıqdan sonra istehkam nisbətən zəifləyir. XIX əsrdə yeni istehkam inşa edilir. 1900-1902-ci illərdə istehkamlar o dövrün müasir silahları ilə gücləndirilir. == Mənbə == Nordisk familjebok. - Stockholm, 1908.
Forlandsundet boğazı
Forlandsundet boğazı (norv. Forlandsundet) - Qərbi Şpisbergen adasını Şahzadə Karl Torpağı adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Qrenland dənizinin akvatoriyasına daxildir. Boğaz Şpisbergen arxipelaqına daxil adaları ayırır. Uzunluğu 88 km təşkil edir. Qərbi Şpisbergen adasının boğaz sahili ərazisi II Oskar Torpağı adlandırılır. Boğazın şərq hissəsində Enqelşbuxta körfəzi yerləşir.
Hekate boğazı
Hekate boğazı (ing. Hekate Strait - Hayda-Quani və materikdən (Britaniya Kolumbiya) ayırır. Dikson-Entrans boğazını Şahzadə Şarlota körfəzi ilə birləşdirir. Ən enli hissədə eni 140 km, ən dar yerdə isə 48 km təşkil edir. Boğazın uzunluğu 260 km-dir. Ən dərin yeri 45 m olaraq şimalda yerləşir. Qışda havası çox sərt və soyuq olur. Burada güclü dalğalar müşahidə edilir. Tufanlar və küləklərin sürəti 46 km/s-a çatır. Boğazın suları dəniz məhsulları ilə zəngindir.
Hove boğazı
Hove boğazı (ing. Howe Sound - Vankuverdən şimal-qərbdə fyordlarla əhatələmişdir. Boğaza qiriş Corciya boğazı vastəsi ilə olur. Boğaz üçkünc formaya malik olub, cənub - şərqi qurtaracağında Corciya boğazı ilə birləşir. Boğazın uzunluğu 42 km təşkil edir. Burada çoxlu sayda adalar vardır. Onlardan cəmi 3-ü nisbətən iridir. Boğazın materik sahilləri sıldırımlıdır. Şərq sahillərində vulkan məşəlli süxurlar geniş yayılmışdır. Burada 20 dəniz mili gücündə küləklər əsir.
Hudzon boğazı
Hudzon boğazı ing. Hudson Strait (Skandinaviyadan cənubda yerləşir)-Şimal Buzlu okeanında yerləşən Kanada ərazisində Baffin Torpağı adasını (cənub) Labrador yarımadasını (şimal) ayırır. Boğaz Labrador dənizini daxili Foks və Hudzon körfəzi, cənub-şərqdə isə Unqava körfəzi ilə birləşir. Boğaz akvatoriyasında Mill, Solsberi, Hottingem, Çarlz, Biq-Aylənd, Botton, Rezolyuşen, Edzell, Digges, Qudvin adaları yerləşir. Uzunluğu 800 km, eni şərqdə 115 km, qərbdə 240 km təşkil edir. Dərinliyi 115–704 m-dir. Qabarma 12 m təşkil edir. Fırtınalar müşahidə edilir. Boğaz 4 ay gəmiçilik üçün açıq olur. Boğaz 1610-cu ildə onu üzüb keçən Henri Hudzonun şərəfinə adlandırılıb.
Huvadu boğazı
Huvadu boğazı (ing. Suvadiva Channel, One and Half Degree Channel, Maldiv dili Huvadu Kandu)- Maldiv adaları arasında yerləşən Xaddummati və Suvadiv atolları arasında yerləşir. Qədim fransız xəritələrində "Courant de Souadou" adlanır. Boğaz ərazisində Kaşalotların su səhinə çıxması müşahidə edilir. == Ədəbiyyat == Divehiraajjege Jōgrafīge Vanavaru. Muhammadu Ibrahim Lutfee. G.Sōsanī. Xavier Romero-Frias, The Maldive Islanders, A Study of the Popular Culture of an Ancient Ocean Kingdom.
Hörmüz boğazı
Hörmüz boğazı (Ərəbcə: مَضيق هُرمُز‎ Maḍīq Hurmuz, Farsca:تَنگِه هُرمُز Tangeh-ye Hormoz) Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən əhəmiyyətli boğazdır. Boğaz avestada qeyd olunan xeyir tanrısı Hörmüzün adını daşıyır. Şimal sahilində, İran və cənub sahilində Birləşmiş Ərəb Əmirlikləri və Omanın eksklavı Musandam yerləşir. Boğazın ən ensiz yerindəki genişliyi 54 km (34 mil) dir. Bu neft ixrac edən Fars körfəzinin geniş sahələri üçün açıq okeana yeganə dəniz keçididir və dünyanın strateji cəhətdən ən əhəmiyyətli Tıxanma nöqtələrindəndir. == İstinadlar == == Əlavə oxumaq == Wise, Harold Lee. Inside the Danger Zone: The U.S. Military in the Persian Gulf 1987-88. Annapolis: Naval Institute Press. 2007. ISBN 1-59114-970-3.
Kabot boğazı
Kabot boğazı - Kanadanın şərqində Müqəddəs Lavrentiya körfəzinin bir hissəsi olaraq Keyp-Breton adası ilə Nyufaundlend adası arasında yerləşir. Uzunluğu 110 km, eni 9,1–18 km, dərinliyi 3660 m təşkil edir. Boğazın adı italiyalı dənizçi Con Kabotun şərəfinə adlandırılmışdır. Hər iki sahilində iri şəhərlər vardır: Sanel-Port-o-Bask və Sidney.